Rus səfir bu sözlərə görə XİN-ə çağırıldı

Rus səfir bu sözlərə görə XİN-ə çağırıldı

Rusiyanın Stokholmdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

AzerTimes xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.

Bildirilir ki, İsveç Xarici İşlər Nazirliyinə çağırılan Rusiya səfiri Viktor Tatarintsevə səfirliyin sosial media hesabında yazılan şərhlərə görə irad bildirilib.

Qeyd edək ki, Rusiya səfirliyinin sosial media hesabında edilən paylaşımda Ukraynada həlak olan isveçli könüllü döyüşçünün “ölməyə layiq olduğu” bildirilmişdi.

Nazirlik məsələ ilə bağlı əlavə şərh verməyib.

Teqlər: