Belqorod qubernatoru Vyaçeslav Qladkov əsirlərin dəyişdirilməsi üçün Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllüləri Korpusu ilə görüşə gəlməyib.
AzerTimes xəbər verir ki, bu barədə legionun açıqlamasında deyilir.
Bildirilib ki, bu zaman ərzində əsirlərin sayı xeyli artıb:
“Qladkov qiymətli vaxtını əsirlər üçün ayırmağa özündə cəsarət tapmadı və ona görə də qubernator bundan sonra onlara diktə edə bilməz. Qubernator vəziyyətə nəzarət etmədikcə, legion Moskvada qərar qəbul edənlərlə danışacaq. Əsirlərə gəldikdə isə onlar Ukraynaya təhvil veriləcək”.
Qeyd edək ki, bundan öncə Qladkov sərhəd-keçid məntəqəsində əsirləri qaytarmaq üçün diversantlarla görüşə hazır olduğunu açıqlamışdı.