Rusiya qoşunları Xarkov vilayətinin İzyum rayonunun Borovaya kəndinə doğru irəliləyib.
AzerTimes xəbər verir ki, bu barədə Xarkov vilayətinin “hərbi-mülki administrasiyası”nın rəhbəri Vitali Qançev məlumat verib.
“Xarkov cəbhəsinin digər məntəqələrində də müəyyən nəticələr var. Onlardan biri də Svatovsko-Kupyanskdır. Burada döyüşçülərimiz Borovaya doğru irəliləməyə nail olub və orada mövqelərini möhkəmləndirməyə davam edirlər”, – deyə Qançev bildirib.