Rusiya qoşunları Donetskin Marinka şəhərini tamamilə işğal edib.
AzerTimes xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu ölkə Prezidenti Vladimir Putinlə görüşdə bildirib.
“Aktiv hücum əməliyyatları zamanı “Yujnaya” qrupunun hücum dəstələri bu gün Donetskin cənub-qərbindəki Marinka şəhərini tamamilə ələ keçirib”, – Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Şoyqu vurğulayıb ki, şəhərin nəzarətə götürülməsi Donetski Ukrayna Silahlı Qüvvələrinin atəşindən daha effektiv qorumağa imkan verəcək.
Qeyd edək ki, dekabrın 10-da Rusiya ordusu Marinka şəhərində Rusiya bayrağını qaldırıb.