Ötən gün rus qoşunları Donetsk vilayətinin yaşayış məntəqələrinə növbəti dəfə hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.
“Düşmən atəşi nəticəsində 6 nəfər həlak olub, daha 7 nəfər yaralanıb. Faktla bağlı müharibə qanunlarının pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1, 2-ci hissələri) üzrə cinayət işi üzrə ibtidai araşdırmalar başlayıb”, – məlumatda qeyd olunub.
İstintaqın məlumatına görə, Rusiya hərbçiləri regionun şimalındakı yaşayış məntəqələrini raketlərdən, artilleriyadan və “Qrad” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub.