Rusiya kömürü və təbii qazının Asiya ölkələrinə ixracı 2023-cü ildə kəskin artıb.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Aprel ayında Rusiya kömür hasilatının həcmi 7,46 milyon ton təşkil edib ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə çoxdur. Həmçinin, qiymətləri rekord səviyyədən aşağı düşdükdən sonra Asiyaya Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü də artıb”, – məlumatda qeyd olunub.