Rus qadınların həyatını xilas edən işçi miqranta uniforma hədiyyə edildi

Rus qadınların həyatını xilas edən işçi miqranta uniforma hədiyyə edildi

Rusiyanın Sankt-Peterburq şəhərində Özbəkistan vətəndaşı olan miqrant işçi Rusiya vətəndaşları olan qadınları evdə yanğından xilas edib. Həmin şəxs binanın borusu ilə 3-cü mərtəbəyə qalxaraq Podolskaya küçəsindəki kommunal mənzilin sakinlərini xilas edib.

Aprelin 25-də Admiralteyski rayonunda böyük yanğın baş verib. Sakinlər təkbaşına tüstü basmış otaqdan çıxa bilməyiblər. Özbək əsilli miqrant məharətlə bir neçə mərtəbəni keçərək, qorxmuş insanları yanğınsöndürənlər gələnədək pəncərənin çərçivə çıxıntısında saxlayıb.

Evə xilasedici kranı gətirilib və hər kəs sağ-salamat enib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, beşmərtəbəli yaşayış binasının 3-cü və 4-cü mərtəbələrində ümumi sahəsi 60 kv/metr sahə yanıb.
Yanğınsöndürənlər Saat 06:44-də yanğın yerinə çatıb. Saat 07:35-də yanğın söndürülməyə başlanılıb, saat 12:32-də yanğın tam söndürülüb. Təhlükəli zonadan 10 nəfər təxliyə edilib.

Qəhrəmanın rayon 1 saylı mənzil-tikinti kooperativinin 48 yaşlı işçisi Olimjon İbrahimov olduğu üzə çıxıb. Özbəkistan vətəndaşı 7 ildir orada işləyir. Təvazökar təmizlikçi fiziki formada və cəld olmasınının sirrini Özbəkistanın hava-desant qoşunlarında keçmiş xidməti ilə açıqlayıb.

“Biz hamıya kömək etməliyik. Bir insanın milliyyətinin mənim üçün fərqi yoxdur. 7 ildir ki, Rusiya praktiki olaraq mənim vətənim olub”, – Özbəkistan vətəndaşı bildirib.

Olimjon İbrahimov ən çətin anda qadınları yanğından xilas etdiyinə görə mükafatlandırılıb. Admiralteyski rayon administrasiyasının rəhbəri Sergey Overçuk Olimjon İbrahimova təşəkkürünü və rəsm əsərini təqdim edib. Administrasiya rəhbəri “Rayonun gənc sakinlərindən hədiyyə olduğunu – Olimjon üçün xüsusi olaraq çəkilmiş, ərazini əks etdirən rəsm” olduğu vurğulayıb. Bundan əlavə, Özbəkistandan olan bir təmizlikçi də yeni forma alıb.

Belə “dəbdəbəli” hədiyyəyə baxmayaraq, özbəklər bu məsələdən narazılıqlarını bildiriblər. Miqrant qəhrəmanın həmyerliləri hesab edirdilər ki, onun öz həyatını riskə atması daha mühüm mükafatla qiymətləndirilməli idi. Özbəkistanlılar hesab edirlər ki, miqrantın həqiqətən də rəsmə ehtiyacı yoxdur və yeni uniforma onun işlədiyi şirkət tərəfindən verilməli idi. Narazılığa baxmayaraq, əsas mükafat yox, diqqət olduğunu düşünənlər də olub.

heyat-xilas-edene-uniforma