Rus polkovnik: “Vaqner” ruslara divan tutur – Video

Rus polkovnik: “Vaqner” ruslara divan tutur – Video

Rusiya Müdafiə Nazirliyi və “Vaqner” özəl hərbi şirkəti arasında qarşıdurma sürətlə gərginləşir.

AzerTimes xəbər verir ki, bu yaxınlarda “Vaqner” tərəfindən “təxribat məqsədi daşıyan hərəkətlər” ittihamı əsir götürülən Rusiya Silahlı Qüvvələrinin 72-ci briqadasının komandiri, polkovnik-leytenant Venevitin azadlığa buraxılandan sonra sensasion video çıxış paylaşıb.

Venevitin deyib ki, rəhbərlik etdiyi briqanın “Vaqner”lə qarşıdurması Baxmutda rastlaşdığı ilk günlərdən başlayıb. Sitatlara nəzər salaq:

– Bizim döyüşçülərimizi təxribata və münaqişəyə çəkirdilər, ölümlə hədələyirdilər.

– “Vaqner” bizdən 2 tank, 4 top, KAMAZ, zirehli piyada maşını oğurlayıb. Onlar bunu hərbi qənimət hesab edirlər.

– Radiolektron mübarizə tağımını mühasirəyə alaraq onları ölümlə hədələyirdilər.

– Bizim döyüşçülərimizi oğurlayıb işgəncə verirdilər, ləyaqətlərini alçaldırdılar.

– Bir batalyonun çavuşu oğurlanmışdı. Ona işgəncə verilirdi, soyuq yerdə lüt saxlanılırdı, gözünə kimyəvi turşu sıçradırdılar, üstünə benzin tökürdülər.

– Divizyonun qərargah rəisi oğurlanmışdı. Onu döydülər, avtomobilini əlindən aldılar, əl-qolunu bağlayıb çöllüyə tulladılar.

– Bir döyüşçümüzü döydülər, zorladılar. Həmin adam sonra özünü asdı.

– Bəzən oğurlanan döyüşçülərimizi silah-sursata dəyişməyi təklif edirdilər…

Bu gün Priqojin və Rusiya MN arasında qarşıdurmanın sürətlə gərginləşməsi fonunda bu açıqlama çox ciddi siyasi təsir effekti verəcək. Təbii ki, Priqojin buna səssiz və hərəkətsiz qalmayacaq. Belə açıq ittihamlara Priqojinin cavabı son dərəcədə sərt olmalıdır, bu gün qarşıdurma artıq o nöqtəyə çatıb ki, hər hansı tərəfin geri çəkilməsi onun məhvi ilə nəticələnəcək.

Teqlər: