Ərazilərin işğaldan azad edilməsi Ukraynanın əlində olan bütün vasitələrlə həyata keçiriləcək.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Onların (Rusiya ordusu – red.) hansı planları varsa, biz onları pozacağıq. Biz Ukraynanın qanuni sərhədlərinə çatana qədər hərbi, diplomatik və bütün mövcud vasitələrlə ərazimizi azad edəcəyik”, – Zelenski bildirib.
Zelenski Xersondakı Antonovski körpüsünə və bölgədəki digər keçidlərə gəlincə, o, onların hamısının bərpa olunacağını qeyd edib:
“Biz hər şeyi edirik ki, işğalçıların torpaqlarımızda heç bir maddi-texniki imkanları olmasın”.