Rus ordusunun əsas cəhdləri bu istiqamətə yönəlib

Rus ordusunun əsas cəhdləri bu istiqamətə yönəlib

Düşmənin əsas səyləri inzibati sərhəd daxilində Donetsk vilayətini tamamilə ələ keçirməyə yönəlib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, düşmən Baxmutda hücum əməliyyatları aparır və Kupyanski, Limanski və Avdeyevski istiqamətlərində taktiki vəziyyəti yaxşılaşdırmağa uğursuz cəhdlər göstərir. Eyni zamanda, digər istiqamətlərdə özünü müdafiə edir.

Baş Qərargah qeyd edib ki, Rusiya işğalçıları Çerniqov vilayətinin Nikolaevka və Xarkov vilayətinin Streleçye, Krasnoe, Ambarnıye, Buqruvatka, Qatişe, Zeleni və Odradne yaşayış məntəqələrinin ərazilərini atəşə tutublar.

Teqlər: