Rus ordusunun 6 aylıq itkisi – Şok rəqəmlər

Rus ordusunun 6 aylıq itkisi – Şok rəqəmlər

Yarım il ərzində Rusiya Ukraynada 16.56 milyard dollarlıq texnika itirib.

AzerTimes xəbər verir ki, bu barədə “Forbes” nəşri hesabatında bildirib.

“24 fevraldan bəri rus ordusu 16.56 milyard dollar dəyərində 12 142 ədəd texnika itirib. Rusiyanın Ukrayna ərazsinə atdığı raketlərin qiyməti və sayı hesablamaya daxil edilməyib. Ruslarn ən böyük itkisi Qara dəniz Donanmasının flaqmanı olan “Moskva” kreyseri olub. Ukrayna hərbçilərinin aprel ayında batırdığı bu gəminin qiyməti 750 milyon dollardır.

Ukraynanın geri aldığı Zmeyni adasında rusların 165 milyon dollarlıq texnikası məhv edilib. Hərbçilər “Tor”, “Pantsir” və “Strela” kimi 8 ədəd zenit kompleksləri məhv edib”, – nəşr bildirib.

“Forbes” Ukrayna ordusunun məhv etdiyi bəzi texnikalarının adlarını və qiymətlərini də dərc edib:

“Moskva” raket kreyseri – 750 milyon dollar

İl 76 təyyarəsi – 86 milyon dollar

“Saratov” desant gəmisi – 75 milyon dollar

Su-30SM təyyarəsi – 50 milyon dollar

Su-34M 40 milyon dollar.

Bildirilib ki, avqustdaKrımdakı Saki aerodromunda Rusiyanın 9 ədəd təyyarəsi məhv edilib:

“Bu, İkinci Dünya müharibəsindən bəri Rusiya aviasiyasının ən böyük itkisi hesab olunur.

Rus ordusu ən böyük itkini isə işğalın ilk həftəsində verib. Həmin vaxt Ukrayna ordusu düşmənin 2.2 milyard dollarlıq texnikasını məhv edib”.

Teqlər: