Rus ordusuna ağır zərbə endirildi: 27 ölü, 18 yaralı

Rus ordusuna ağır zərbə endirildi: 27 ölü, 18 yaralı

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Qorskoe şəhərində rus hərbçilərinin mövqelərinə dəqiq zərbələr endirib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

“Ukrayna Müdafiə Qüvvələri Luqansk vilayətində Qorskoe yaşayış məntəqəsi ərazisində rusların məğlub olduğunu təsdiqləyib. Yüksək dəqiqlikli zərbədən sonra düşmənin 27 hərbçisi ölüb. 18 nəfər isə yaralanıb”, – məlumatda vurğulanıb.

Eyni zamanda bildirilib ki, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənə 11 zərbə endirib. O cümlədən, şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 8 ərazi, eləcə də düşmənin zenit-raket komplekslərinin 3 mövqeyi vurulub.

Teqlər: