Rus ordusu yenidən Kiyevə hücum edə bilər

Rus ordusu yenidən Kiyevə hücum edə bilər

Hazırda əsas məsələ Rusiyanın paytaxta hücumunu əngəlləyə biləcək 10 yeni briqadanın formalaşdırılmasıdır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Pavlyuk deyib.

O, rus ordusunun Kiyevə hücumunu istisna etməyib:

“Biz paytaxtın müdafiəsinin gələcəkdə hansı rolu oynayacağını da çox yaxşı başa düşürük. Rusiya hücuma keçməzdən əvvəl bu kimi addımlarla müdafiə xəttimizin dayanıqlığını yoxlayır, daha sonra isə bunun üçün əlverişli istiqamət seçir”.

Teqlər: