Rus ordusu Xersonda xəstəxananı atəşə tutdu

Rus ordusu Xersonda xəstəxananı atəşə tutdu

Rusiya ordusu Xersonda xəstəxana binasını atəşə tutub.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Xerson vilayət hərbi administrasiyasının sədri Yaroslav Yanuşeviç Teleqram hesabında məlumat verib.

“Rus işğalçıları indicə Xersonda şəhərin tibb müəssisələrindən birini atəşə tutublar. Bina zədələnib”, – Yanuşeviç bildirib.

O qeyd edib ki, Rusiyanın hücumu nəticəsində xəsarət alan olmayıb.

Teqlər: