
Rusiya ordusu Xarkov şəhərini ballistik raketlərlə atəşə tutub.
AzerTimes xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
“Raket zərbələri nəticəsində 16 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Dağıntılar altında hələ də qalanlar var. Axtarış-xilasetmə işləri davam etdirilir”, – Sinequbov bildirib.

