Rus ordusu Xarkovu atəşə tutdu: ölənlər var

Rus ordusu Xarkovu atəşə tutdu: ölənlər var

Ukraynanın Xarkov vilayətində rus ordusunun atəşə tutması nəticəsində iki nəfər həlak olub, on nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyası məlumat yayıb.

“İyunun 23-də rus işğalçılarının Xarkov vilayətini atəşə tutması nəticəsində yaralanan və ölən dinc sakinlər olub. Çuqev şəhərində altı yaralı var, onlardan ikisi uşaqdır. Çuqevski rayonunun Bolşaya Babka kəndində bir nəfər xəsarət alıb. Boqoduxovski rayonunun Zoloçiv şəhərində də bir mülki şəxs yaralanıb.

Həmçinin, işğalçıların atəşə tutması nəticəsində İzyum rayonunun Andreyevka kəndinin iki sakini yaralanıb, İzyumski rayonunun Balakleya şəhərində isə iki nəfər həlak olub”, – məlumatda qeyd olunub.

Teqlər: