Rus ordusu Ukraynada “cəhənnəmə” düşüb – Kovalenko

Rus ordusu Ukraynada “cəhənnəmə” düşüb – Kovalenko

İndi rus işğalçıların əsas məqsədi Pokrovsk istiqamətində cənub cinahı yaratmaqdır.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi şərhçi Aleksandr Kovalenko deyib.

“Biz müdafiə tipli strategiya mərhələsindəyik, məqsəd düşməni tükəndirməkdir. Düşməni necə yormaq olar? Ərazimizin hər metrini onlar üçün cəhənnəmə çevirməklə düşməni tükəndirə bilərik ki, onlar bizdən qat-qat çox resurs itirsinlər, hər qəsəbə, hər kənd onlar üçün cəhənnəmə çevrilsin və əslində, bu qismən belədir; Çasov Yar, Rabotinski cəhənnəmə çevrildi, Severski istiqaməti onlar üçün cəhənnəmdir. Yenə Serebryanski meşəsi, Liman-Kupyansk… – düşmənin heç bir uğur qazana bilməyəcəyi bir çox yerlər var”, – Kovalenko bildirib.

Teqlər: