Rus ordusu total hücuma keçərsə… – Ekspert

Rus ordusu total hücuma keçərsə… – Ekspert

Rusiya Ukraynaya hücum üçün kifayət sayda zərbə qrupları yaratmayıb. Ukrayna ərazisini ələ keçirmək cəhdi Rusiya ordusunun tam məğlubiyyətinə gətirib çıxaracaq.

AzerTimes xəbər verir ki, bunu hərbi ekspert Mixail Samus deyib.

“Əgər onlar indi olduqları vəziyyətdə eyni vaxtda bir neçə istiqamətdə Ukraynaya hücum etsələr, bu, fəlakət və Putin ordusunun tam məğlubiyyəti olacaq”, – o bildirib.

Mütəxəssis qeyd edib ki, Rusiya ordusunun Belarusda qruplaşmaları, Xarkov istiqamətində 10-12 min əsgəri, Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində əsas qruplaşması, eləcə də cənubda bir hissəsi var.

Teqlər: