Rus ordusu son 24 saat ərzində Baxmut yaxınlığında taktikalarını dəyişiblər.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi analitik Aleksey Getman bildirib.
“Son bir gün ərzində rus işğalçılarının taktikası dəyişib, onlar Baxmutu şimaldan və cənubdan mühasirəyə almağa o qədər də fəal çalışmırlar. Cənubda M-03 yolu ilə ən azı 10 km, şimalda isə bir qədər az irəliləyiblər. Baxmut ətrafında bu iki dəstə arasında cəmi 5 kilometr var”, – Getman deyib.
Ekspertin sözlərinə görə, Baxmutun qərbində yerləşən şəhər artilleriya və minaatanlardan atəşə tutulub:
“Son 24 saat ərzində ruslar bu istiqamətlərdə şəhərin ələ keçirilməsi üçün bir o qədər də mübarizə aparmağa deyil, ukraynalıları birbaşa şəhərdən sıxışdırmağa çalışırlar. Onlar şərq və qərbdən addım-addım təzyiq göstərməyə başlayıblar. İndi döyüşlər davam edir, biz müdafiəni saxlayırıq”.