Ukrayna döyüşçüləri Avdeyevka şəhərindən düşmənin çox sürətli hücumu səbəbindən çıxıblar.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Hərbi Hüquq Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Musienko deyib.
Ekspert bildirib ki, Ukrayna müdafiəçiləri artıq düşməni cilovlamaq imkanına malik deyildilər:
“Ruslar şimal cinahından kifayət qədər fəal hərəkət etdilər, döyüşlər Avdeyevkanın özündə getdi. Qoşunların çıxarılmasına həm də rəqiblərin logistikanı əngəlləməyə başlaması səbəb olub. Bundan əlavə, düşmənlərin aviasiyadan fəal istifadə etməsi də öz rolunu oynadı, idarə olunan aviabombalarla vurulan zərbələrin sayı artdı. Nəticədə mühasirəyə düşmə təhlükəsi yarandı”.
Qeyd edək ki, Rusiya ordusu Avdeyevka şəhərini iki gün öncə işğal edib.