Rusiya ordusu Ukraynanın Sum bölgəsini minaatanlardan və “Qrad” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub.
AzerTimes xəbər verir ki, bu barədə Sum vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat yayıb.
Onun sözlərinə görə, ötən gün axşam saatlarından etibarən Esman icmasına işğalçılar 12 mərmi atıb.