Rusiya ordusu növbəti dəfə Sum rayonunun sərhəd bölgəsini minaatanlardan və pulemyotlardan atəşə tutublar.
AzerTimes xəbər verir ki, bu barədə Sum vilayət hərbi administrasiyasının sədri Dmitri Jivitski məlumat verib.
Onun sözlərinə görə, ötən gün günorta saatlarında ruslar Belopol icmasının ərazisini atəşə tutub – 20 minaatan atəşi qeydə alınıb.