Rus ordusu bu gün Sum bölgəsini 4 dəfə atəşə tutub, 2 nəfər həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə Sum Regional Hərbi Administrasiyasının sədri Dmitri Jivitski Teleqram kanalında məlumat verib.
“Ruslar gün ərzində rayonun yaşayış məntəqələrini 4 dəfə atəşə tutublar. Onlar minaatan və artilleriyadan mülki əhalini və mülki obyektləri hədəfə alıblar”, – Jivitski qeyd edib.