Son sutkada Soledar döyüşlərində 100-dən artıq rus əsgər məhv edilib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna ordusunun Şərq qruplaşmasının nümayəndəsi Sergey Çerevatıy deyib.
“Düşmən Soledara əsas qüvvələrini cəmləşdirib. “Vaqner” də daxil olmaqla, Rusiyanın müxtəlif hərbi birlikləri şəhəri daimi atəş altında saxlayırlar. zərbələr endirirlər. Son sutkada şəhərə 91 artilleriya zərbəsi endirilib. Buna baxmayaraq, bizim hərbi birliklər düşmənin məhv edilməsi istiqamətində addımlar atır. Yalnız son sutkada 100-dən çox düşmən məhv edilib”, – o bildirib.
Onun sözlərinə görə, Baxmut istiqamətində də döyüşlər gedir, düşmən təşəbbüsü ələ almağa çalışır. Son sutkada o istiqamətdə 42 toqquşma baş verib, amma düşmən irəliləyə bilməyib.