Rus ordusu Kurskun yarısını geri aldı

Rus ordusu Kurskun yarısını geri aldı

Rusiya ordusunun Kurskda apardığı əməliyyatla bağlı növbəti açıqlama yayılıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-mayor, “Əhməd” xüsusi təyinatlılarının komandanı Aptı Alaudinov məlumat verib.

O bildirib ki, Ukrayna hərbçiləri tərəfindən ələ keçirilən Kursk torpaqlarının təxminən yarısı geri alınıb.

Qeyd edək ki, bu gün Rusiya ordusu Kursk vilayətində əks-hücum zamanı Suca ətrafına yaxınlaşıb.

Teqlər: