Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olan Kursk vilayətinin bir hissəsini tədricən yer üzündən siləcək.
AzerTimes xəbər verir ki, bu sözləri ukraynalı hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenko deyib.
“Bəli, onlar idarə olunan aviabombalarından istifadə edərək tədricən Sucaya zərbələr endirəcəklər, yəni onlar Ukrayna şəhərlərinə etdiklərini Kurska da edəcəklər”, – deyə o bildirib.
Eyni zamanda Kovalenko hesab edir ki, Ukrayna Müdafiə Qüvvələrinin Kursk vilayətinin Qluşkovski rayonuna nəzarəti ələ keçirmək perspektivi var.