Rusiya ordusunun 155-ci motoatıcı alayının hərbçiləri Kursk vilayətində genişmiqyaslı əks-hücuma keçərək ukraynalı döyüşçüləri Qordeyevka kəndindən çıxarıblar.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələri kəndə eyni vaxtda dörd istiqamətdən – Korenevo, Kulbaki, Martınovka və Neçayev kəndlərindən hücum edərək ukraynalıları sıxışdırıb və xeyli itki verərək geri çəkilməyə məcbur edib.
Bildirilib ki, hazırda regionun 10 kilometrdən çox ərazisi azad edilib.