Ukrayna Rusiya aerodromlarını vurmaqla məğlubedilməz rus ordusu ilə bağlı daha bir mifi tamamilə məhv edib.
AzerTimes xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov deyib.
“Bu hadisələr sübut etdi ki, Rusiyanın ən davamlı və ən alınmaz hava hücumundan müdafiəsi haqqında hekayəsi də saxtadır. Prinsipcə, biz Rusiya dünyada ikinci orduya sahibdir və dünyanın ən güclü hava hücumundan müdafiəsi var miflərini məhv etdik”, – Jdanov bildirib.
O qeyd edib ki, aerodromlardakı partlayışlar Rusiya cəmiyyətinə də təsir edəcək:
“Bu cür partlayışlar Rusiya daxilində müharibə əleyhinə əhval-ruhiyyə yarada bilər. Amma yenə də rus cəmiyyətində bu müharibəyə dəstək kifayət qədər yüksək olaraq qalır. Onlar elə hesab edirlər ki, hardasa nizami rus ordu var. Lakin bu ordu artıq yoxdur”.