Rus ordusu ilə 20 hərbi toqquşma oldu – Baş Qərargah

Rus ordusu ilə 20 hərbi toqquşma oldu – Baş Qərargah

Bu gün Rusiya qoşunları Donetsk vilayətinin Severnı və Marinka yaxınlığında növbəti hücum cəhdi edib, lakin Ukrayna ordusu onları uğurla dəf edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, hazırda Ukraynanın şərqində və cənubunda əməliyyat vəziyyəti ağır olaraq qalır. Gün ərzində Rusiya ilə 20 hərbi toqquşma olub.

Baş Qərargahın məlumatına görə, Ukrayna ordusu Melitopol və Baxmut istiqamətlərində hücum əməliyyatlarını davam etdirir. Orada Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi qüvvələrini və texnikalarını sıradan çıxarır.

Teqlər: