Mayın 20-də Rusiyanın Gümrüdəki baş konsulu Ruslan Kandaurov, Belarusun Ermənistandakı səfiri Aleksandr Vladimiroviç Konyuk və digər qonaqların iştirakı ilə Gümrüdə yerləşən sərhəd qoşunlarının yaradılmasının 100 illiyi qeyd edilib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilib ki, tədbir böyük təmtəraqla keçirilib, hətta sərhəd naryadı parad keçirib. Ancaq qonaqlar arasında Eemənistan Müdafiə Nazirliyindən bir nəfər də olsun qonaq olmayıb, həmçinin Şirak qubernatorluğundan da mərasimə heç kimin qatılmayıb.