Hakimiyyət artıq Rusiya ordusunun Ermənistandan çıxarılması prosesinə başlayıb.
AzerTimes xəbər verir ki, bunu erməni mediasına açıqlamasında Ermənistanın Niderlanddakı sabiq səfiri Dzünik Ağacanyan deyib.
Onun sözlərinə görə, bunun üçün Ermənistan cəmiyyətinin Zəngəzurdan keçən dəhlizlə bağlı danışıqlara birmənalı mənfi münasibətindən istifadə edilir:
“Sənədin imzalanmasından qısa müddət sonra dəmir yolu üzərində nəzarət Qərb şirkətlərinə verilərsə, xarici qüvvələr Ermənistana daxil olarsa və AB missiyası NATO-nun hərbi mövcudluğuna çevrilərsə, təəccüblənmərəm. AB müşahidəçilərinin bu gün Ermənistanda olduqlarını nəzərə alsaq, bunu etmək çox asan olacaq”.
O qeyd edib ki, Ermənistan sərhədləri, xüsusilə Türkiyə ilə sərhəd Rusiya hərbçiləri hesabına təhlükəsiz şəkildə qorunur.