Rusiya hərbi qüvvələri Dalne kəndinə hücumlar həyata keçirir və Donetsk vilayətinin Makarovka yaxınlığında aktivləşib.
AzerTimes xəbər verir ki, bu barədə “DeepState” analitikləri məlumat yayıb.
“Dalne rayonundakı vəziyyətə gəlincə, bu gün (noyabrın 11-də – red.) düşmən eyni vaxtda 4 yerdə hücuma keçib. Onlardan 3-ü kənd daxilində olub”, – məlumatda bildirilib.
“Ruslar ən azı 1 tank, 5 zirehli döyüş maşınından və xeyli piyadadan istifadə edəb. Döyüşlərin nəticələri dəqiqləşdirilir”, – məlumatda qeyd olunub.