Rus ordusu daha iki qəsəbəni işğal etdi

Rus ordusu daha iki qəsəbəni işğal etdi

Rusiya hərbçiləri Donetsk vilayətinin Jeltoye və Pustinka qəsəbələrini işğal ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq layihəsi məlumat yayıb.

Bildirilib ki, düşmən həmçinin İlyinka, Novodonetsk, Trudovo, Puşkino və Kuraxovo yaxınlığında irəliləyib.

Ukrayna Baş Qərargahının məlumatına görə, Pokrovski, Kuraxovski və Vremovski istiqamətlərində vəziyyət gərgindir, ruslar əsas hücum qüvvələrini orada cəmləşdirirlər.

Bundan əlavə, onlar Liman və Kupyansk istiqamətində aktiv şəkildə hücuma keçirlər.

Qeyd edək ki, ötən gün Rusiya ordusu Donetsk vilayətinin Razdolnoye və Vorovskoye yaşayış məntəqələrini ələ keçirmişdi.

Teqlər: