Rusiya ordusu Ukrayna qüvvələrinin ehtimal edilən hücumu ərəfəsində cənubun işğal olunmuş hissəsində müdafiə mövqelərini gücləndirirlər.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında qeyd olunub.
“Rusiya Ukraynanın cənubundakı işğal olunmuş rayonlarda müdafiə mövqelərini gücləndirir. Buraya şəxsi heyətin və texnikanın köçürülməsi, Mariupol və Zaporojye arasında, eləcə də Xersonda müdafiəsinin təşkili də daxildir”, – məlumatda qeyd olunub.
Kəşfiyyat onu da bildirib ki, rus ordusu Melitopolda da təhlükəsizlik tədbirlərini gücləndirib.