Çasov Yar şəhəri (Donetsk vilayəti) ətrafında vəziyyət mürəkkəbdir.
AzerTimes xəbər verir ki, bu barədə Xortitsa ordusunun əməliyyat-strateji qrupunun spikeri Nazar Voloşin bildirib.
“Çasov Yar şəhəri ətrafında vəziyyət ağırdır, lakin şəhərdə rus ordusu yoxdur”, – Voloşin deyib.
Voloşin qeyd edib ki, böyük artilleriya atəşi və aviazərbələrdən sonra ruslar Ukrayna bölmələrini mövqelərində darmadağın etmək və döyüş meydanında müəyyən taktiki uğur əldə etmək üçün zirehli texnikanı cəlb edir və onların hücum qruplarını göndərməyə çalışır.
“Rusiya aviasiyası da olduqca sıx işləyir, bizi KAB və FAB-lərlə bombalayır, eyni zamanda şəhərin mülki infrastrukturunu məhv ediblər, lakin hələ də orada insanlar yaşayır – təxminən 680 sakin”, – o bildirib.
Onun sözlərinə görə, Rusiya ordusu şəhəri ələ keçirməyə çalışır.