Rus qoşunları cəbhənin bütün istiqamətlərində irəliləyir və verilən tapşırıqların öhdəsindən gəlir, hücumun sürəti artır.
AzerTimes xəbər verir ki, bunu rusiyalı jurnalist Pavel Zarubin “Moskva. Kreml. Putin” verilişində deyib.
“Mərkəz” qrupu son günlər 5-6 kilometr irəliləyib və tempi durmadan artır. Hücumların həyata keçirildiyi digər istiqamətlərdən biri də Dzerjinsk və bütün ona bitişik rayonlardır. Artyomovsk, Kirovsk və Novqorodsk yaşayış məntəqələri ələ keçirilib. Hazırda döyüşlər Dzerjinskinin özündə gedir”, – Zarubin bildirib.