Rus işğalçılar artıq Pokrovsk şəhərinin kənarından 11 kilometr aralıdadır və minlərlə sakin hələ də şəhərdə qalır.
AzerTimes xəbər verir ki, bu barədə Pokrovsk şəhər hərbi administrasiyasının rəhbəri Sergey Dobryak deyib.
O xatırladıb ki, Donetsk vilayətində məcburi evakuasiya Rusiyanın 2022-ci ilin fevralında Ukrayna ərazisinə tammiqyaslı müdaxiləsi başlayandan bəri davam edir, lakin düşmən şəhərin kənarına yaxınlaşdığı üçün təxliyə sürətləndirilib:
“Pokrovsk logistik baxımdan işğalçılar üçün vacibdir”.
Dobryak qeyd edib ki, ayın əvvəlində şəhərdən 450-500, son həftədə isə 1800-ə yaxın sakin təxliyə edilib:
“Hazırda Pokrovskda 59 min 980 sakin qalıb. Genişmiqyaslı işğaldan əvvəl şəhərdə təxminən 86 min insan var idi. Pokrovskda istehkamlar tikilir”.