Rusiya ordusu Ukraynanın Avdeyevka şəhərinin cənub-şərqində sənaye zonasını işğal edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın hərbi Teleqram kanallarında məlumat yayılıb.
Bildirilib ki, Avdeyevkanın qalan hissəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Məlumatı Ukrayna tərəfi şərh və ya təsdiq etməyib.
Qeyd edək ki, “Velt” nəşri Ukrayna Silahlı Qüvvələri Avdeyevkada ciddi problemlərlə üzləşdiyi və yalnız möcüzənin Ukrayna ordusuna bu şəhər üzərində nəzarəti saxlamağa imkan verəcəyini yazmışdı.