Rus ordusu bu istiqamətlərdə hücuma keçdi, uğursuz oldu

Rus ordusu bu istiqamətlərdə hücuma keçdi, uğursuz oldu

Ukraynanın şərqində və cənubunda vəziyyət çətin olaraq qalır, ruslar Ukrayna ordusunun mövqelərinə basqın etməyə cəhd edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Kupyansk istiqamətində düşmən Xarkov vilayətinin Sinkovka, İvanovka və Luqansk vilayətinin Nadejda ərazilərində uğursuz hücum əməliyyatları həyata keçirib. Burada əsgərlərimiz 10-dan çox hücumu dəf edib. Düşmən Xarkov vilayətinin Pesçanı, Novoserqiyevka və Çerneşçina rayonlarına hava zərbələri endirib. Baxmut istiqamətində işğalçılar Donetsk vilayətinin Kleşçievka və Andreyevka yaxınlığında itirilmiş mövqelərini bərpa etməyə uğursuz cəhd ediblər və Donetsk vilayətinin cənubunda uğursuz hücum əməliyyatları həyata keçiriblər.

Vurğulanıb ki, ruslar Donetsk vilayətinin Konstantinovka yaxınlığında da hava zərbəsi endirib.

Teqlər: