Severodonetsk bölgəsindəki bəzi ərazilərdə düşmən qüvvələri bəzi yerlərdə Ukrayna qüvvələrini 10 dəfə üstələyir.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik çıxış edib.
“Məhz Severodonetsk strateji məqsəd daşıyır, bundan sonra onlar Lisiçanskda hücum əməliyyatları həyata keçirməyə, rabitə xətlərini kəsməyə və oradan Donbasda hücumu davam etdirməyə çalışacaqlar. Severodonetsk bölgəsində, bəzi ərazilərdə rus qoşunları hərbi texnikada bölmələrimizdən əhəmiyyətli dərəcədə, bəzi yerlərdə isə 10 dəfə çoxdur. Vəziyyət çox gərgindir”, – Motuzyanik qeyd edib.