Rusiya ordusu müharibədə hər cəhətdən zəiflik göstərir.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland çıxış edib.
“Baxmutun yaxınlığında baş verənlərə baxın. I Dünya müharibəsindəki səngər döyüşünə bənzəyir. Rusiya ordusu Ukraynanın güclü müdafiə xəttini yara bilmir. Bu gedişat müdafiə sistemlərini Rusiya silahları ətrafında quran ölkələrin, məsələn, Hindistanın da mövqeyinə təsir edir”, – Nuland qeyd edib.