Rusiya ordusu Baxmut istiqamətində hücuma keçib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunlarının mətbuat katibi Vladimir Fityu məlumat yayıb.
Onun sözlərinə görə, rusların bu istiqamətdə aktivliyi yeni qüvvələrin gətirilməsi ilə başlayıb:
“Rus ordusu müdafiədən fəal hücuma keçib, itirdiyi mövqeləri geri almağa çalışıb. Onlar müdafiəmizin zəif nöqtələrini axtarır və aktiv artilleriya əməliyyatı aparırlar”.