Rusiya dünya bazarından çıxarılarsa, neft qiymətləri görünməmiş səviyyəyə qalxmaq riski ilə üzləşəcək.
AzerTimes xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl əl-Mazrui deyib.
Nazir xəbərdarlıq edib ki, dünyada daha çox sərmayə qoyulmasa, OPEK+ kifayət qədər neft tədarükünü təmin edə bilməyəcək:
“Rusiya nefti və qazı bazardan tamamilə çıxarılarsa, qiymətlər görünməmiş səviyyəyə çata bilər”.