Rus nazir: Bakı bizim üçün mühüm tərəfdaşdır!

Rus nazir: Bakı bizim üçün mühüm tərəfdaşdır!

Azərbaycan Rusiya üçün mühüm tərəfdaşdır.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat üzrə naziri, Rusiya Elmlər Akademiyasının akademiki Sergey Qlazyev “Aİİ – Azərbaycan” dəyirmi masasında çıxışında deyib.

Onun sözlərinə görə, Bakı və Moskva Aİİ və Azərbaycan arasında azad ticarət rejimini qoruyaraq birgə əməkdaşlıq bağları qurur. Bu baxımdan hazırda əməkdaşlığın qurulması üçün bütün imkanlar mövcuddur.

Bundan əlavə, Qlazyev vurğulayıb ki, Azərbaycan Aİİ-ni İran, Türkiyə və Hindistanla birləşdirən əsas tranzit ölkə kimi mühüm mövqe tutur.

Teqlər: