Rus milyaderləri arasında ən çox qazanan…

Rus milyaderləri arasında ən çox qazanan…

Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən 32 milyard dollar artıb.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“İlin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov ruslar arasında ən çox qazanan olub. Onun sərvəti 5,9 milyard dollar artaraq 21,3 milyard dollara çatıb. Ələkbərovdan sonra “Novolipetsk” dəmir-polad zavodunun direktorlar şurasının sədri və əsas səhmdarı Vladimir Lisin gəlir. Onun srəvəti 4,98 milyard dollar artaraq, 24,8 milyard dollara çatıb.

Ən zəngin rusiyalı isə kapitalını 1,23 milyard dollar artıran və hazırda 29,8 milyard dollara sahib olan “Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanin olaraq qalır”, – məlumatda deyilir.

Qeyd olunur ki, Dağıstan Respublikasından olan Federasiya Şurasının üzvü və iş adamı Süleyman Kərimov böyük itkiylə üzləşib. Onun sərvəti 525 milyon dollar azalıb. Ondan əlavə, Roman Abramoviç də 308 milyon dollar itirib. Abramoviçin ümumi sərvəti 7,51 milyard dollar təşkil edir. Vyaçeslav Kantor isə 243 milyon dollar itirib, ümumi sərvəti 6,12 milyard dollardır.

Teqlər: