Ukrayna hadisələrinin qızğın vaxtında Cənubi Qafqazın problemləri ikinci, üçüncü və ya onuncu plana keçib. Bu arada bizə “sadiqliyə” and içən tərəfdaşımız çox güman ki, orada “ikinci cəbhə” açmağa hazırlaşır. Və bu dəfə lehimizə yox, tamamilə bizə qarşı. Rusiya XİN-i isə həmişəki kimi çəkmə ilə döymək lazım olanda barmaqla hədələyir.
AzerTimes xəbər verir ki, bu barədə “Arqumenti.ru” saytında yayılan məqalədə bildirilib.
Qeyd edilib ki, bu günlərdə AB-nin yeni monitorinq missiyası Ermənistana gələcək, iki il müddətinə – Ermənistanın tələbi ilə, Bakı ilə razılaşdırılmadan, hətta Moskvanın iradəsinə zidd olaraq:
“Rəsmi olaraq missiyanın vəzifəsi “Ermənistanın sərhədyanı rayonlarında etimadı artırmaq və İrəvanla Bakı arasında münasibətlərin normallaşması üçün əlverişli şərait yaratmaqdır”. Bunu necə həll etmək olar? Olduqca asan: onun əməkdaşları Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədi boyu ərazini patrul edəcək və yerlərdə vəziyyət barədə məlumat verəcəklər. Nəticədə Rusiyanın maraqları çərçivəsində silahlı qarşıdurma zonasında AB sərhəd monitorinqi aparacaq. Bəli, hətta “qardaş İrəvan”ın da xahişi ilə.
ABŞ-ın Ermənistan və Rusiyadakı fövqəladə səfirlərini əvəzləməsinə az adam diqqət yetirdi, amma əksinə olmalı idi. Moskvadakı səfir Linn Mari Treysi ilə tanış olun. Maraqlı tərcümeyi-halı var. Orta Asiya, Pakistan, Əfqanıstan, ABŞ Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurasında çalışıb. Onu, xarici görünüşə əhəmiyyət verməyərək, “Amerika gürzəsi” adlandırmaq tövsiyə olunur. O, bizə birbaşa Ermənistandan gəlib. Onun səfirliyi dövründə İrəvan Moskvadan qopub Qərbə doğru daha çox meyilləndi. Amma Ermənistandakı hazırkı səfir Kristina Kvien birbaşa Kiyevdən İrəvana gəlib. Maraqlıdır, elə deyilmi?! O, ABŞ strateji kəşfiyyatında çalışıb. Və artıq gürzəyə oxşamır, birbaşa elə gürzədir. Aydındır ki, o, bizi sancacaq. Bəs, biz nə edirik? Ötən il Rusiyadan Ermənistana 3,2 milyard dollar vəsait gedib. 2021-ci ildə bu məbləğ 0,8 milyard idi.
İndi isə “irəvanlı qardaş”ın ötən ilin büdcə rəqəmlərinə nəzər salaq: büdcənin xərcləri təxminən 4,44 milyard dollar, gəlirləri 3,94 milyard dollar təşkil edir. Yəni ölkəmizdən Ermənistana ikinci gəlir büdcəsi verilib. Nəticə?”