Rusiyanın Krasnodar şəhərində səfərbərlik işləri üzrə idarə rəisinin müavini Stanislav Rjitskinin ölümündə şübhəli bilinən şəxs yaxalanıb.
AzerTimes xəbər verir ki, bununla bağlı Rusiya İstintaq Komitəsi videogörüntülər yayıb.
Onun 1959-cu il təvəllüdlü Sergey Denisenko olduğu bildirilib.
Saxlanılan şəxsin üzərindən Rjitskinin öldürülməsində istifadə olunduğu ehtimal edilən səsboğuculu tapança götürülüb.