Son vaxtlar Almaniyada Rusiya və Çin də daxil olmaqla xarici kəşfiyyat orqanlarının fəallığı artıb.
AzerTimes xəbər verir ki, bunu Almaniya hərbi əkskəşfiyyatının (MAD) rəhbəri Martina Rozenberq deyib.
“Dövlət tərəfindən idarə olunan kəşfiyyat orqanları məlumat əldə etmək, təsirlərini artırmaq və ölkələrinin maraqlarını təmin etmək üçün əllərində olan bütün vasitələrdən istifadə edirlər”, – Rozenberq bildirib.
Onun sözlərinə görə, Almaniyada dəfələrlə ölkənin Silahlı Qüvvələrinə məxsus obyektlərə, xüsusilə Ukrayna hərbçilərinin təlim keçdiyi təlim mərkəzlərinə casusluq cəhdləri olub.