Rus kəşfiyyatına böyük zərbə vuruldu – Mİ-5

Rus kəşfiyyatına böyük zərbə vuruldu – Mİ-5

Ukraynadakı müharibə səbəbindən Rusiyanın xaricdəki kəşfiyyat şəbəkəsi tarixdə ən böyük zərbəsini alıb.

AzerTimes xəbər verir ki, bunu Britaniyanın Mİ-5 əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum deyib.

“Rusiyanın xaricdəki səfirliklərinin ümumilikdə 600-dən çox əməkdaşı qovulub. Onların da 400-nün casus olma ehtimalı var. Bu, tarixi ərzində rus kəşfiyyatına ən güclü strateji zərbəni vurdu”, – Makkallum bildirib.

Mİ-5 rəhbəri qeyd edib ki, təkcə Britaniyadan diplomatik çətir altında fəaliyyət göstərən 23 rus casusu qovulub. Hətta Rusiya qovulmuş casuslarını əvəz etmək istəyib, rəsmi London onlara viza verməkdən imtina edib.

Teqlər: