Rus kəmərini ABŞ “deşir”? – Zaxarova

Rus kəmərini ABŞ “deşir”? – Zaxarova

“Şimal axını”nda qəzalar ABŞ kəşfiyyat xidmətlərinin nəzarətində olan ölkələrin sularında baş verib.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Danimarka və İsveç NATO mərkəzli ölkələrdir. Bu ərazi Amerika silahları ilə doludur və tamamilə Amerika kəşfiyyat xidmətləri tərəfindən idarə olunur”, – Zaxarova bildirib.

Qeyd edək ki, “Şimal axını” qaz kəmərində müxtəlif yerlərdə 4 sızma aşkarlanıb. Mütəxəssislər onların təhlükəli olduğunu bildirir.

Teqlər: